Kobaxidze: "Yaxşı ki, Saakaşvili, Qvaramiya, Xabeişvili hakimiyyətdə deyil, əks halda ölkədə rus tankları olardı"
"Mixeil Saakaşvilinin Şimali Qafqaz xalqına müraciəti boş təxribatdır".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bu, növbəti “priqojinist bəyanat”dır.
“Qafqaz birliyindən danışarkən bu gün Rusiya Federasiyasının subyekti olan regionlar nəzərdə tutulur. Yəni söhbət başqa dövlətin ərazi vahidlərindən gedir. Təbii ki, bu, onun tərəfinin növbəti təxribatçı bəyanatıdır. Onların təbiəti də buradan görünür. Bu başqa bir priqojinist bəyanatdır. Yaxşı haldır ki, bu adamlar - Saakaşvili, Qvaramiya, Xabeişvili, "Milli Hərəkat" kollektivi hakimiyyətdə deyil, əks halda ölkədə rus tankları olardı. Mən sizə zəmanətlə deyə bilərəm ki, onlar parlament seçkilərində qalib gələ bilsəydilər, Tbilisidə rus tankları yerləşərdi. Bunu onların priqojinist münasibəti bir daha nümayiş etdirdi. Yaxşı ki, onlar bu gün hakimiyyətdə deyillər”, - deyə İrakli Kobaxidze bildirib.


