27 
Iyn
2023
14:12
356

İrakli Kobaxidze: "Təbii ki, "Milli Hərəkat” nə qədər dağılsa, bir o qədər yaxşıdır"

"Təbii ki, "Milli Hərəkat” nə qədər dağılsa, bir o qədər yaxşıdır. Bütövlükdə Gürcüstanda siyasi spektri yaxşılaşdırmaq üçün bu proses davam etdirilməlidir".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun  görə, “Milli Hərəkat” tamamilə dağılıb və bu, onların reytinqinə birbaşa təsir edir.

“Əslində əsas olan “Milli Hərəkat”da hansı proseslərin getdiyidir. Bu siyasi partiya tamamilə dağılıb və bu, onların reytinqinə birbaşa təsir edir. Onlar son seçkidə 30%-dən çox səs toplayıblar və indi onların reytinqi 20%-dən aşağıdır, bu çox yaxşıdır. Təbii ki, “Milli Hərəkat” nə qədər dağılsa, bir o qədər yaxşıdır. Bütövlükdə Gürcüstanda siyasi spektri yaxşılaşdırmaq üçün bu proses davam etməlidir. Təbii ki, nə Saakaşvili, nə Kezeraşvili, nə Merabişvilinin, nə də Xabeişvilinin bu prosesi heç bir şəkildə dayandırmaq üçün resursları yoxdur”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər