Latviya ruslara bütün növ vizaların verilməsini dayandırır
Latviya “Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı səbəbindən” ruslara bütün növ vizaların verilməsini dayandırır.
InterPress.ge xəbər verir ki, öglkə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarının bütün növ viza müraciətlərinin qəbulunu dayandıracaq.
NŞazirlik açıqlayır ki, iyunun 25-dək daxil olan viza müraciətlərinə baxılacaq.
İLyunun 24-də Rusiyada “Vaqner” komandiri Yevgeni Priqojin tərəfindən çevriliş cəhdi fonunda Latviya prezidenti Edqars Rinkeviç ruslar üçün bütün növ vizaların, o cümlədən humanitar məqsədlər üçün olan vizaların dayandırıldığını elan etdi.
Daha sonra Latviya Xarici İşlər Nazirliyi izah etdi ki, “Vaqner” qiyamından sonra Rusiyanı tərk edənlərə viza verilməyəcək.


