25 
Iyn
2023
12:03
1147

Heyvana işgəncə vermək və ya amansız rəftar etməyə görə cinayət məsuliyyəti daha da sərtləşir

Heyvana işgəncə vermək və ya amansız rəftar etməyə görə cinayət məsuliyyəti daha da sərtləşir.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər “Cinayət Məcəlləsi”nə daxil edilib.

Qanun layihəsinə əsasən, heyvana işgəncə vermə, onunla amansız rəftar etmək və ya onun şikəst olmasına səbəb olan zorakılıq əməlləri cərimə, 120 saatdan 240 saatadək ictimai işlər, altı aydan bir ilədək müddətə ev dustaqlığı və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dəyişikliklərdə qeyd edilib ki, eyni əməllər qrup halında, ictimai yerlərdə, dəfələrlə, yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə və ya iki və ya daha çox heyvana qarşı törədildikdə, cərimə, birdən iki ilədək müddətə ev dustaqlığı və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, heyvana işgəncə vermə, amansız rəftar və ya digər zorakılıq hərəkətləri ilə heyvanın ölümünə səbəb olmaq cərimə, bir ildən iki ilədək müddətə ev dustaqlığı və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu hissə ilə bağlı qeyd edilir ki, bu əməl qrup halında, ictimai yerlərdə, təkrar, yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə və ya iki və ya daha çox heyvana qarşı törədildikdə, cərimə, bir ildən iki ilədək müddətə ev dustaqlığı və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsinin təşəbbüskarları çoxluq üzvləri Anri Oxanaşvili, Maya Bitadze, Davit Matikaşvili və Tengiz Şarmanaşvilidir. Adıçəkilən deputatlar son vaxtlar heyvanlarla düzgün rəftar edilməməsi faktlarının çoxaldığını, bu da hökumətdən müvafiq addımlar atmağı tələb etdiyini izah edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər