“Digər dövlətlərin, o cümlədən Rusiyanın daxili siyasəti bizim işimiz deyil" - Kobaxidze
“Hər bir dövlət öz daxili siyasətinə baxmalıdır, bu, bizim işimiz deyil”.
InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Digər dövlətlərin, o cümlədən Rusiyanın daxili siyasəti bizim işimiz deyil. Bu, Xazaradze, Qaxariya və “Milli Hərəkat”ın işi ola bilər, amma bizim işimiz Rusiyanın daxili siyasəti deyil, ona görə də bu mövzuda şərh vermək belə düzgün deyil”, - deyə İrakli Kobaxidze bildirib.
Dünən Rusiyanın yüksək rütbəli məmurlarının hakimiyyət rəsmilərinə zəng edib-etməməsi ilə bağlı suala Kobaxidze bildirib ki, dünən xüsusi bir şey olmayıb.
“Kimin kimə zəng etdiyini bilmirəm. Gürcüstana gəlincə, bizim Rusiya ilə ticari-iqtisadi əlaqələrimiz, humanitar məsələlərlə bağlı əlaqələrimiz var, amma diplomatik əlaqələrimiz yoxdur. Dünən xüsusi bir şey olmadı, bu, Rusiyanın daxili məsələsi idi, bununla bağlı hansı əlaqəmiz olmalıdır?”, - Kobaxidze bildirib.


