İrakli Kobaxidze: "Müxalifətin məqsədi odur ki, Gürcüstan namizəd statusu almasın, bunun üçün hər şeyi edirlər"
“Sanksiyalardan yan keçmək məsələsi ilə bağlı çoxlu yalanlar, fərziyyələr səsləndirilmişdi. Hər dəfə sübut olundu ki, Gürcüstan heç kimə sanksiyalardan yan keçmək üçün özündən istifadə etməyə imkan vermir”.
InterPress.ge xəbər verir ki, bunu parlament çoxluğunun lideri, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə deyib.
Kobaxidze tövsiyələrin icrasından da danışıb və qeyd edib ki, müxalifətin məqsədi ölkənin namizəd statusu almamasıdır, bunun üçün hər şeyi edirlər.
“Müxalifətin məqsədi odur ki, Gürcüstan namizəd statusu almasın. Bunun üçün hər şeyi edirlər - qütbləşməni qızışdırırlar, bunun üçün Qvaramiyanı kənardan əfv etdirdilər və s. Qlobal Müharibə Partiyası Gürcüstanda qütbləşmənin saxlanmasına tərəfdar olan partiyadır. Bununla belə, dekabrda Gürcüstan üçün ədalətli qərarın olacağına hələ də ümidimiz var”, - Kobaxidze bildirib.


