Baş nazir: "Heç bir vətəndaşımıza, o cümlədən azlıqların nümayəndələrinə qarşı zorakılığa yol verməyəcəyik"
“Mən dəfələrlə demişəm ki, biz heç bir vətəndaşımıza, o cümlədən azlıqların nümayəndələrinə qarşı zorakılığa yol verməyəcəyik, lakin eyni zamanda öz əksəriyyətimizə, uşaqlara və başqalarına qarşı təbliğat və zorakılığa yol verməyəcəyik”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərlə söhbəti zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Qərb ölkələrində LGBT təbliğatı fəal şəkildə aparılır.
“Xalqın gücü”nün bəyanatı hakim partiyanın bəyanatı deyil və çox vaxt bizim mövqelərimizdə çox böyük fərq var. Ona görə də bizdən ayrıldılar. Sizdən uşaqlar arasında LGBT təbliğatının nə dərəcədə məqbul olduğunu soruşmaq istəyirəm. Qərb ölkələrində LGBT təbliğatı fəal şəkildə aparılır. Hər cür ayrı-seçkilik, zorakılıq yolverilməzdir, bunu dəfələrlə demişəm, ona görə də qanunu qəbul etmişik", - baş nazir bildirib.


