19 
Iyn
2023
17:55
465

Mixeil Saakaşvili: "Mən Putinin hərbi əsiriyəm"

“Mənim həbsim Gürcüstan tarixində utancverici hadisədir, Gürcüstan xalqı beynəlxalq ictimaiyyətlə birlikdə bu ədalətsizliyə tez bir zamanda son qoymalıdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, səhhətinin pis olmasına baxmayaraq, mənəvi cəhətdən möhkəmdir: “Məni sındıra bilməyiblər”.

M.Saakaşvili, həmçinin bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə iclasının təxirə salınmasına münasibət bildirib: “Məhkəmə qeyri-müəyyən müddətə, ən azı payızadək təxirə salındı. Bu aydın göstərir ki, Rusiya hakimiyyəti çöküb. Təbii ki, bugünkü nümunə sübut edir ki, mən Putinin və onun yerli kuklalarının hərbi əsiriyəm. Niyə mənim ortaya çıxmağımdan qorxursan?”.

Keçmiş Prezident yazıb ki, qələbəyə inanır: “Biz birliyimiz nəticəsində qalib gələcəyik”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər