19 
Iyn
2023
16:02
560

Baş nazirin rəhbərliyi ilə hökumətin iclası keçirildi - Nələr müzakirə edildi?

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, Nazirlər Kabinetinin üzvləri 10 məsələni müzakirə ediblər.

“Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin “2023-cü il sağlamlığın mühafizəsi üzrə dövlət proqramlarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilməsi ilə bağlı Gürcüstan hökumətinin qərarının layihəsi var idi və buna əsasən, dövlət qaraciyər transplantasiyası əməliyyatını tamamilə maliyyələşdirəcək.

İndiyədək mövcud olan proqrama əsasən, müəyyən edilmiş tarif çərçivəsində qaraciyər transplantasiyası 70 000 laridən çox olmayan məbləğlə maliyyələşdirilib və xəstənin əlavə ödənişdə payı 50 000 lari təşkil edib. Vətəndaşların səhiyyə xidmətlərinin maliyyə əlçatanlığını yaxşılaşdırmaq üçün qaraciyər transplantasiyası komponenti üzrə əlavə ödəniş payı tamamilə çıxarılıb və Səhiyyə Nazirliyi bu xidməti tam həcmdə - 120 000 lari maliyyələşdirəcək.

Əlavə olaraq qeyd edək ki, orqan transplantasiyası resipiyentləri əlillik statusunu müəyyən etmək hüququndan istifadə edə bilməzdilər ki, bununla bağlı cari ilin yanvar ayında müvafiq dəyişikliklər edilib və qaraciyər, ürək və ya böyrək transplantasiyası əhəmiyyətli əlillik statusunun müəyyən edilməsi üçün əsasdır.

Nazirlər Kabinetinin üzvləri hökumətin bu gün keçirilən iclasında Gürcüstan hökumətinin 2006-cı il 28 iyul tarixli 145 nömrəli qərarına dəyişiklik edilməsi barədə Gürcüstan hökumətinin “Sosial yardım haqqında” qərarının layihəsini müzakirə ediblər, ona əsasən 2023-cü il iyulun 1-dən uşaq müavinətinin məbləği 16 yaşınadək hər bir uşaq üçün 150 laridən 200 lariyə yüksələcək.

Bu dəyişiklik təxminən 233.000 uşağa təsir edəcək. Proqramın büdcəsi yarım milyard lariyə qədərdir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər