16 
Iyn
2023
14:00
334

Parlament “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklərə sürətləndirilmiş qaydada baxıb

Parlament “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklərə sürətləndirilmiş qaydada baxıb.

InterPress.ge xəbər verir ki, üçüncü oxunuşda 74 deputat dəyişikliklərin lehinə səs verib.

Sənədə əsasən, Milli Rəqabət Agentliyi Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında” qanununun normalarına uyğun olaraq işin araşdırılması məqsədi ilə tələb edilmiş və alınmış məlumatları hazırlamalıdır.

Dəyişikliklərə əsasən, agentlik ticarətçidən məlumat alınmaması və ya tam alınmaması halında onun cərimə oluna biləcəyi barədə məlumat verməlidir və yalnız belə bildirişdən sonra onu cərimələyə biləcək. Ticarətçiyə tətbiq edilən cərimənin məbləği əvvəlki maliyyə ili ərzində onun illik dövriyyəsinin 2 faizindən çox, lakin 600 laridən az olmamalıdır.

Göstərilən müddətdə agentliyə məlumat verilmədikdə və ya natamam verildikdə onun üçün cərimənin məbləği 500 lari təşkil edir.

Cərimə tətbiq edildikdən sonra 1 il ərzində eyni hərəkətə yol verildikdə, cərimənin məbləği 1000 lari təşkil edir. Agentliyin qərarından Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər