14 
Iyn
2023
15:48
589

Aİ səfiri “Qırmızı Körpü” qeyri-hökumət təşkilatı ilə görüş keçirib

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Avropa İttifaqı Nümayəndəliyinin ofisində “Qırmızı Körpü” qeyri-hökumət təşkilatını qəbul edib.

InterPress.ge xəbər verir ki, görüşdə Gürcüstandakı etnik azərbaycanlı icmasının problemlərinə, təşkilatın fəaliyyətinə, eləcə də Gürcüstanın çoxmillətli mühitinin qorunub saxlanılması və dəstəklənməsi yolunda Avropa İttifaqının roluna və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Səfir əməkdaşlığa hazır olduğunu bildirib.

Təşkilat nümayəndələri Avropa İttifaqı tərəfindən dəstəklənən və “Qırmızı Körpü”nün əməliyyat sahəsinə və resurslarına çıxış imkanlarını artıracaq layihələr haqqında məlumat alıblar.

Görüşdə “Qırmızı Körpü” təşkilatının təsisçiləri, Vətəndaş İnkişaf Məktəbinin tələbələri və SEED Georgia-nın direktoru Levan Butxuz iştirak edib.

2020-ci ildə yaradılmış “Qırmızı Körpü” ASC mədəni, sosial və təhsil layihələrini həyata keçirir, hansılar ki etnik azərbaycanlı icmasının cəmiyyətə inteqrasiyasına, Gürcüstanda yaşayan gürcü və azərbaycanlıların əlaqələrinin dərinləşməsinə və informasiya mübadiləsinə töhfə verir.

Bizimlə əlaqə saxlayın