12 
Iyn
2023
10:00
424

Parlament bu gün Gürcüstan vətəndaşlığının alınması ilə bağlı qanun dəyişikliklərini müzakirə edəcək

“Gürcüstan vətəndaşlığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər bu gün parlamentin Bürosuna təqdim olunacaq.

InterPress.ge xəbər verir ki, qanun layihəsi Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb və ona əsasən, vətəndaşlığı olmayan şəxs digər əcnəbilərdən fərqli olaraq Gürcüstanda 5 il qanuni yaşadıqdan sonra adi qaydada Gürcüstan vətəndaşlığı alacaq.

Adi qaydada vətəndaşlıq əldə etmək üçün o, dövlət dilini, tarixi və hüququn əsaslarını bilməli, habelə Gürcüstanda işləməsi, daşınmaz əmlaka, müəssisələrdə paya və ya mülkə malik olması, Gürcüstan ərazisində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair qanunla müəyyən edilmiş digər tələblərə cavab verməlidir.

 “Gürcüstan vətəndaşlığı haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə daha bir yenilik ondan ibarətdir ki, Gürcüstan vətəndaşlığının alınması ilə bağlı müraciətə mənfi qərar verildiyi halda, müvafiq orqanlara təkrar müraciət müddəti 1 ildən 6 aya endirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər