11 
Iyn
2023
11:28
335

Kaxa Kaladze: "Təəssüf ki, Avropa tövsiyyələrinin həyata keçirilməsində yalnız iqtidar iştirak edir"

"Təəssüf ki, Avropa tövsiyyələrinin həyata keçirilməsində yalnız iqtidar iştirak edir, müxalifət isə əksinə, bu prosesin qarşısını alır".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti tövsiyələrin yerinə yetirilməsi üçün hər şeyi edəcək və dekabrda hər şey avropalı dostlardan asılı olacaq.

 “Əlbəttə, biz bütün tövsiyələrin həyata keçirilməsi arzusuna qoşuluruq. Təəssüf ki, bu tövsiyələrin həyata keçirilməsində yalnız hakimiyyət iştirak edir. Müxalifət tam şəkildə iştirak etmir, üstəlik, bu prosesə mane olmaq, Gürcüstanın Avropaya inteqrasiyasının çətin yolunu əngəlləməklə məşğuldur. Yeni heç nə yoxdur, çünki illər əvvəl ölkənin viza liberallaşdırılması və Assosiasiya Sazişini imzalamasına mane olmaq cəhdi olub,  Brüsseldəki ofislərə qaçırdılar, bu gün də eyni şey baş verir, baxmayaraq ki, Gürcüstan hakimiyyəti tövsiyələri həyata keçirmək üçün hər şeyi edəcək, dekabrda isə hər şey avropalı dostlarımızdan asılı olacaq. Mən inanmaq istəyirəm ki, ədalətli qərar veriləcək, Ukrayna və Moldovaya status verilərkən, Gürcüstan müəyyən siyasi maraqlar əsasında sıxışdırıldığı kimi deyil”, - Kaxa Kaladze jurnalistlərə bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər