Kobaxidze: "Hamı bilir ki, biz ötən ilin iyununda namizəd statusu almalıydıq"
"Hamı bilir ki, biz ötən ilin iyununda namizəd statusu almalıydıq, Avropa Komissiyasının özü ballarla qiymətləndirəndə bunu təsdiqlədi, ona görə də aydındır ki, biz namizəd statusunu ötən ilin iyununda da almalıydıq”.
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze deyib.
Kobaxidzenin sözlərinə görə, hakim partiya birmənalı olaraq 12 tövsiyəni yerinə yetirir.
“12 bənd iyunun sonuna kimi yerinə yetiriləcək. Dekabrda namizəd statusu almaq üçün hər cür hazır olacağıq, buna baxmayaraq, dekabrda siyasi qərar veriləcək, siyasi qərar veriləndə isə şans həmişə 50/50 olur. Təəssüf doğuran hadisələrdən biri odur ki, siyasi kontekst keçən iyun ayından bəri əhəmiyyətli dərəcədə dəyişməyib, ona görə də risklər hələ də qalmaqdadır, ancaq hələ də ümid edirik ki, bizə namizəd statusu veriləcək. Mən spekulyasiya etməyə başlamayacağam, ölkəyə hansı statusun veriləcəyi Avropa Şurasından asılıdır. Ona görə də dekabr ayının qərarını gözləmək lazımdır. Ümid edirik ki, namizəd statusu veriləcək, bu halda ötənilki qərardan fərqli olaraq ədalətli qərar veriləcəyinə ümid edirik”, - deyə Kobaxidze bildirib.


