Senakidə, Kutaisi küçəsində baş verən yol qəzası nəticəsində 4 gənc xəsarət alıb.
InterPress.ge xəbər verir ki, avtomobil yolun hərəkət hissəsindən çıxaraq bordürə çırpılıb.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisinə yerindəcə kömək göstərilib, iki nəfər isə xəstəxanaya aparılıb.
Yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır. O, Kutaisiyə reanomobillə aparılıb.
