03 
Iyn
2023
22:58
308

Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Ankaraya gedəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

“Ermənistan Respublikası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb. Ermənistanın baş naziri Nikol Paşinyan mərasimdə iştirak etmək üçün iyunun 3-də Ankaraya gedəcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın