03 
Iyn
2023
19:20
362

Saakaşvilinin azadlığı məqsədilə aksiya keçirildi

“Milli Hərəkat”ın üzvləri və tərəfdarları “Vivamed”in qarşısında Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçılarından biri, “Vahid Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvilinin dediyinə görə, Mixail Saakaşvili azadlıqda olmalıdır.

“Mixeil Saakaşvili azad olmalıdır və bilərziklə çıxmamalıdır, əksinə, azad olmalı və siyasi proseslərdə iştirak etməlidir, çünki “Milli Hərəkat”a və ya Mixail Saakaşviliyə bu lazım deyil, bizim ölkəmizə bu lazımdır ki, biz geosiyasi lider mövqeyinə qayıdaq”, - İrakli Pavlenişvili bildirib.

Eyni zamanda mitinqin digər iştirakçısı, “Vahid Milli Hərəkat”ın deputatı Temur Canaşiya qeyd edib ki, Mixail Saakaşvili absurd ittihamlarla siyasi əsirlikdədir.

“Bu, həmrəylik aksiyasıdır. Mixail Saakaşvili ölkəsi üçün çox işlər görən prezident idi. O, hazırda tamamilə absurd ittihamlarla siyasi əsirlikdədir və bizim tələbimiz budur ki, bu şəxs bu həbsxanadan azad olunsun”, – Temur Canaşiya bildirib.

Bizimlə əlaqə saxlayın