01 
Iyn
2023
16:10
240

Baş nazir: “Gürcüstan Azərbaycan və Ermənistan arasında silahlı münaqişədən sonra ilk uğurlu vasitəçiliyi həyata keçirib”

“Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında silahlı münaqişədən sonra ilk uğurlu vasitəçiliyi həyata keçirib”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh dialoqunu və danışıqları dəstəkləyir.

“Düşünürəm ki, Gürcüstanın mövqeyi və rolu regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində çox neytral və qərəzsizdir. Bizim hər iki ölkə - Azərbaycan və Ermənistanla çox yaxşı münasibətlərimiz var. Prinsipcə, Gürcüstan 2021-ci ildə Azərbaycan və Ermənistan arasında silahlı münaqişədən sonra çox mühüm və mahiyyətcə ilk uğurlu vasitəçilik etdi. Biz Azərbaycan və Ermənistan arasında sülh dialoqunu və danışıqları dəstəkləyirik. Hesab edirəm ki, bu, bizim regionumuzun - Gürcüstanın, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur, - deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın