01 
Iyn
2023
08:48
238

ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi verəcək

Co Bayden administrasiyası Ukraynaya ölkənin Rusiyanın hava hücumlarından müdafiəsinə kömək edəcək təxminən 300 milyon dollar dəyərində əlavə silah və avadanlıq göndərəcəyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı CNN məlumat verib.

Hərbi yardım paketinin bir hissəsi kimi ABŞ ilk dəfə olaraq Ukraynaya idarə olunan “hava-hava” tipli AIM-7 raketləri verəcək.

Ukrayna prezidenti Vladimir Zelenski yardıma görə ABŞ-a təşəkkür edib və bu yardımın “son dərəcə vacib, vaxtında və Amerika dəstəyinin ən yeni nümunəsi” olduğunu vurğulayıb.

“ABŞ-a 300 milyon dollar dəyərində yeni müdafiə yardımı paketinə görə minnətdarıq. Bu, Ukrayna səmasını Rusiya raketləri və pilotsuz təyyarələrinin terrorundan qorumaq, həmçinin Ukrayna Müdafiə Qüvvələrinin imkanlarını gücləndirmək üçün son dərəcə vacib və vaxtında edilən yardımdır", - Zelenski Twitter-də yazıb.

Bizimlə əlaqə saxlayın