31 
May
2023
22:16
950

Salome Zurabişvili: "Onlar məni hələ yaxşı tanımırlar, tanısalar daha yaxşıdır"

Kimlərsə əgər düşünürlər ki, mən Brüsselə gələndə ölkəmin əleyhinə nəsə deyə bilərəm, onlar məni hələ tanımırlar və tanısalar daha yaxşıdır”. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Parlamentindəki çıxışından sonra mediaya bildirib.

Salome Zurabişvilinin sözlərinə görə, Brüsseldə keçirilən görüşlər nikbinliyə əsas verir.

“Mən həmişə optimistəm və ümumiyyətlə, optimizm öz bəhrəsini verir. Demək istəyirəm ki, dünənki və bugünkü görüşlərim mənə ümid verir. Bu o demək deyil ki, bizdə hər şey düzgündür və heç bir işimiz yoxdur. Biz nə etməli olduğumuzu çox yaxşı bilirik. Bu yolda hər kəsin öz yeri və məqsədi var və əgər hər kəs hər şeyi edibsə, böyük şans var ki, onlar bizi tanıyıb, bizə məxsus olanı verəcəklər”, - Salome Zurabişvili bildirib.

Salome Zurabişvilinin bildirdiyinə görə, yaxın vaxtlarda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel və Avropa Parlamentinin sədri Roberta Metzola Gürcüstana gələcəklər.

"Mən bunu vəd adlandıra bilmərəm, amma Şarl Mişel və Ursula fon der Leyen hər ikisi gələcəklərini söylədilər. Avropa Parlamentinin sədri də gələcək. Əgər bu üç nəfər yaxın aylarda, bu altı ayda bizə gəlirsə, deməli, onlar Gürcüstandan əl çəkməyiblər və bunun nə qədər vacib olduğunu görürlər. Biz bundan istifadə etməməliyik və pis işlər görə biləcəyimizi düşünməməliyik”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın