30 
May
2023
15:25
279

Çexiya Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri: "Gürcüstanın baş naziri Rusiya təbliğatını dəstəkləməyi seçir"

Çexiya Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Marek Jenişek Gürcüstanın baş nazirinin Rusiya təbliğatını dəstəkləməyi seçdiyini bildirib.

InterPress.ge xəbər verir ki, Marek Jenişek bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Qlobal Təhlükəsizlik Forumunda verdiyi bəyanatla bağlı deyib.

“Bu, tamamilə fərqli və əksinədir və Gürcüstanın baş naziri bunu bilir, o, sadəcə olaraq, Rusiya təbliğatını dəstəkləməyi seçir”.

Baş nazir İrakli Ğaribaşvili forumda Ukraynada müharibənin başlamasının səbəblərindən danışıb və bunun səbəblərindən birinin NATO-nun genişlənməsi olduğunu qeyd edib.

“Məncə, hər kəs bunun səbəbini bilir. Səbəblərdən biri NATO-nun genişlənməsi və bir çox başqa səbəblər idi, hə?! Mən bu barədə spekulyasiya etmək və ya Rusiya hökumətindən sitat gətirmək istəmirəm, lakin səbəblərdən biri Ukraynanın NATO-ya üzv olmaq iradəsi və niyyəti idi və buna görə də biz nəticələri görürük”, - baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın