29 
May
2023
15:04
335

Kaxa Kaladze: “Avropaya inteqrasiya və Avropa gələcəyinin nə Mixeil Saakaşvili, nə də Nika Qvaramiya ilə heç bir əlaqəsi yoxdur”

“Avropaya inteqrasiya və Avropa gələcəyinin nə Mixeil Saakaşvili, nə də Nika Qvaramiya ilə heç bir əlaqəsi yoxdur”.

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, bu gün ölkədə siyasi məhbuslar yoxdur, cinayətkarlar var.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqının 12 bəndlik planı iyunun sonuna kimi tam icra olunacaq.

“Biz hakimiyyət olaraq ölkəmiz, vətənimiz, ölkəmizin gələcəyi üçün gərəkli olan şeyləri etdiyimizlə bağlı dəfələrlə açıqlamalar vermişik. Avropa gələcəyi bizim üçün çox vacibdir, baxmayaraq ki, bu o demək deyil ki, biz öz ölkəmizdən, ölkəmizin inkişafından və tərəqqisindən, adət-ənənələrdən, dəyərlərdən əl çəkməliyik. Ona görə də bu ölkənin Avropa gələcəyini, inkişafını bütün bunlarla təsəvvür edirik. Bu gün Gürcüstanda öz ölkəsinin və xalqının maraqlarını qoruyan hakimiyyət var. Belədir və belə də olacaq.

Biz 2012-ci ildə siyasi məhbus məsələsini bitirdik. Bu gün xoşbəxtlikdən ölkədə siyasi məhbuslar yoxdur. Cinayətkarlar var. Avropa gələcəyinə və status məsələsinə gəlincə, mən təqdim olunan 12 bəndlik planı bir daha vurğulamaq istərdim. Baxmayaraq ki, biz statusa layiq idik və status almış digər ölkələrlə müqayisədə hər cəhətdən irəlidə olsaq da, bu 12 bəndlik planı mütləq həyata keçirəcəyik. Hər şey iyunun sonuna kimi icra ediləcək və bundan sonra statusun verilməsi ilə bağlı hansı qərarın veriləcəyi dostlarımızdan asılı olacaq”, - Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın