29 
May
2023
11:14
151

“Gürcü Arzusu” Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

“Gürcü Arzusu” Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində layiqli qələbəsi və “Xalq Alyansı”nı parlament çoxluğu əldə etməsi münasibətilə təbrik edir”.

InterPress.ge xəbər verir ki, bu, “Gürcü Arzusu”nun yaydığı bəyanatda qeyd olunub.

Partiyanın təbrik məktubunda qeyd edilib ki, Türkiyə son illərdə təsirli irəliləyiş əldə edib və bu, öz növbəsində, seçkilərin nəticələri ilə də təsdiqlənib.

 “Həm Türkiyənin, həm də regionun tərəqqisi naminə strateji tərəfdaş və dost Gürcüstan xalqına sülh, sabitlik və firavanlıq arzulayırıq.

İnanırıq ki, Rəcəb Tayyib Ərdoğanın idarəçiliyinin növbəti mərhələsində regiondakı çağırışlar fonunda iki dost ölkə arasında müxtəlif istiqamətlərdə tərəfdaşlıq daha da dərinləşəcək və güclənəcək”, - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın