28 
May
2023
23:14
221

Gürcüstanın Baş naziri Türkiyə prezidentini təbrik etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə inamlı qələbəsi və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, hökumət başçısı “Twitter” sosial şəbəkəsində yazır ki, türk xalqı öz fikrini açıq şəkildə bəyan edib və Gürcüstan da onların bayramına qoşulur.

“Türkiyə Respublikasının Prezidenti və Gürcüstanın böyük dostu Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı inamlı qələbə və yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik edirəm!

Türk xalqı öz fikrini açıqladı və biz də onların bayramına qoşuluruq.

Biz Türkiyə Respublikası ilə Gürcüstan arasında dostluq əlaqələrini və strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırıq”, - deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər