28 
May
2023
14:54
224

Gürcüstan Rusiya ilə uçuşların bərpası ilə bağlı danışıqlar aparmadığını bildirib

Gürcüstan hakimiyyəti Rusiya rəhbərliyi ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıqlar aparmayıb.

InterPress.ge xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi, Tbilisi meri Kaxaber Kaladze jurnalistlərə bildirib.

“Əlbəttə, heç bir danışıqlar olmayıb. Bu, konkret telekanalların məşğul olduğu adi siyasi manipulyasiyadır”, - deyə Kaladze müvafiq sualı cavablandırıb.

Bizimlə əlaqə saxlayın