27 
May
2023
17:20
300

Baş nazir: “Əgər kimsə Rusiya ilə uçuşların və ticarətin bərpasını xahiş edibsə, bu, Mixeil Saakaşvili və onun hökuməti olub"

“Əgər kimsə Rusiya ilə uçuşların və ticarətin bərpasını xahiş edibsə, bu, Mixeil Saakaşvili və onun hökuməti olub, məncə, yəqin ki, Rusiya prezidenti Saakaşvili hökumətini nəzərdə tuturdu”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısı qeyd edib ki, indiki hakimiyyətin Rusiya hökuməti ilə siyasi dialoqu yoxdur.

“Mən sizə fərziyyələrə start verməmək, minlərlə məlumat və yalan yaymamaq üçün aşağıdakıları sadə və çox qısa şəkildə demək istəyirəm. Bildirmişik ki, hakimiyyətimizin Rusiya hökuməti ilə siyasi dialoqu yoxdur. Yeganə odur ki, bizim iqtisadi-ticarət məsələlərində əlaqələrimiz var, bu, açıqdır, bunda gizlədəcək heç nə yoxdur. Kiminsə Gürcüstan hakimiyyətinə cəhdləri, təmasları, səfərləri olubsa, bu Saakaşvili hakimiyyətidir. Siz təhqirə keçirsiniz və mən istəyirəm ki, siz insanlara yalan məlumat verməyəsiniz. Bizim rəsmi nümayəndəmiz var və bununla bağlı rəsmi hakimiyyət və ya rəsmi qurumlarla heç bir danışıqlarımız olmayıb.

Bunu sizə deyim ki, diasporumuzun bir çox nümayəndələri bunu xahiş edirdilər, gürcü biznesi bunu xahiş edirdi, mən bilirəm ki, başqa qruplar da bunu istəyirdi və bu, illərdir ki, baş verirdi. Həmçinin, mən sizə əsas şeyi demək istəyirəm, istəyirəm ki, əsas məsələni vurğulayam: Əgər kimsə Rusiya ilə uçuşların və ticarətin bərpasını xahiş edibsə, bu, Mixeil Saakaşvili və onun hökuməti olub, məncə, yəqin ki, Rusiya prezidenti Saakaşvili hökumətini nəzərdə tuturdu”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın