27 
May
2023
14:36
516

Gürcüstanın xarici dildə “Sakartvelo” adlandırılması təklif olunur

“Xalq üçün” partiyasının lideri Ana Dolidze Gürcüstanın xarici dildə “Sakartvelo” adlandırılması təşəbbüsü ilə çıxış edib.

InterPress.ge xəbər verir ki, o, bunun millətin kimliyi və özünə inamı üçün çox ciddi mənasının oluğunu bəyan edib.

“Hesab edirəm ki, ölkəmizi xarici dildə “Sakartvelo” adlandırmaq vaxtında və düzgündür. Bunun bir çox səbəbi var, amma ilk növbədə dünyanın bizə özümüzə müraciət etdiyimiz kimi müraciət etməsi vacibdir. Bunun millətimizin kimliyinə və özünə inamına çox ciddi təsirləri var. Düşünürəm ki, bunun çox mühüm emosional və psixoloji mənası olacaq. Mümkündür ki, beynəlxalq münasibətlərdə adının dəyişdirilməsi bir qədər vaxt aparacaq, baxmayaraq ki, bu səy yeni adın Gürcüstana gətirəcəyi faydalarla müqayisədə kiçik və daha az olacaq”, - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın