27 
May
2023
13:14
327

Ğaribaşvili: "Adambaşına düşən gəlir çox tezliklə 10 min dolları keçəcək"

“Bizim yazılı planımız var və mən baş nazir kimi qayıdandan sonra bu sənədin üzərində işləməyə başladıq, bu, ümummilli əhəmiyyətli ümumi sənəddir, bu, ölkənin inkişaf strategiyasıdır, 2030-a baxışdır. Bütün istiqamətlər üzrə atılacaq konkret addımlar göstərilib ki, bunu hökumət və bütün komanda etməli və həyata keçirməlidir. Bu halda mən hökumət haqqında danışmaq istəyirəm - hər bir nazirliyin konkret planı var, biz bu plana əməl edəcəyik”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili gürcü diasporu gününə həsr olunmuş forumda çıxışı zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, 2030-cu ilə qədər ölkə daha da uğurlu, güclü və zəngin olacaq.

“2030-cu ilə qədər ölkə daha da uğurlu, güclü, zəngin, artıq başqa liqada olacaq. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və digərlərinin hesablamalarına görə, yaxın 5 ildə ölkəmiz bütün Avropada ən yüksək artıma malik olacaq. Nəticədə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesablamalarına görə, adambaşına düşən gəlir çox tezliklə 10 min dolları keçəcək. Bu, ən çoxu 2-3 il ərzində baş verə bilər. Ona görə də kim bu inkişafa, bu tərəqqiyə, əmin-amanlığa, sabitliyə mane olmaq, ləngitmək istəyirsə, xalqımızın, ölkəmizin düşmənidir. Ona görə də bu vəziyyəti saxlamaq bizim borcumuzdur və onu daha da gücləndirmək üçün hər şeyi etməliyik”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın