26 
May
2023
16:27
191

İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini və gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

“Hörmətli xanım Prezident, 26 May - Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm”.

InterPress.ge xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini və gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi əsas şərtləndirən amillərdir.

Bu gün ölkələrimizin tərəqqisinə və regionumuzun çiçəklənməsinə xidmət edəcək, tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə əsaslanan birgə səylərimizlə biz Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin daha da genişlənməsinə nail olacağıq. Belə bir mühüm bayramda Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost gürcü xalqına sülh və firavanlıq arzulayıram”, - İlham Əliyevin təbrikində deyilir.

Bizimlə əlaqə saxlayın