26 
May
2023
16:19
232

Polşa, Estoniya və Litva Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib

“Gürcüstandan olan əziz dostlarımıza firavanlıq arzulayırıq, sizi Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirik!”.

InterPress.ge xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Estoniya Xarici İşlər Nazirliyi də Gürcüstanı və gürcü xalqını müstəqillik münasibətilə təbrik edir.

"Əziz gürcü xalqı, Müstəqillik Günü münasibətilə sizi təbrik edirik!" - Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunun.

Litva Xarici İşlər Nazirliyi bildirib ki, gürcü xalqının azadlıq və demokratiyaya sadiqliyi 1918-ci ildə olduğu kimi, bu gün də vacibdir.

“Sizi İlk Demokratik Cümhuriyyətin 105 illiyi münasibətilə təbrik edirik. Gürcü xalqının azadlıq və demokratiyaya sadiqliyi 1918-ci ildə olduğu kimi, bu gün də vacibdir”, - bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər