26 
May
2023
11:15
217

Ukrayna prezidenti gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukrayna prezidenti Zelenski gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Ukrayna prezidentinin təbrikini Ukraynanın Gürcüstandakı səfirliyi paylaşıb.

“Ukrayna xalqı adından və şəxsən öz adımdan sizi Gürcüstanın Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqlarımız arasında münasibətlər qarşılıqlı yardıma və hörmətə əsaslanır. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü şəraitində xüsusilə vacibdir.

Dövlətimiz Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Əminəm ki, Ukrayna və gürcü xalqları öz ərazilərini işğaldan azad edəcək, Ukraynada və Gürcüstanda ədalətli sülh, Qara dəniz regionunda təhlükəsizlik bərqərar olacaq. Hörmətli xanım Prezident, Sizə cansağlığı, dövlət fəaliyyətinizdə uğurlar, gürcü xalqına sülh və firavanlıq arzulayıram”, - deyə təbrik məktubunda qeyd olunub.

Bizimlə əlaqə saxlayın