26 
May
2023
10:11
165

Gürcüstanın Ticarət Palatasının və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərləri görüşüb

Gürcüstanın Ticarət Palatasının və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbərləri ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ticarət Palatası məlumat verib.

Məlumata görə, görüş zamanı palatanın prezidenti Giorgi Pertaia və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda və Gürcüstanda biznesin inkişafını təşviq etməyə hazır olduqlarını bildiriblər.

“Görüşün əsas mövzusu iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivləri və bu il iyunun 2-də Tbilisidə keçirilməsi planlaşdırılan Gürcüstan-Azərbaycan biznes forumu olub.

Tərəflər iki qurum arasında sıx əməkdaşlığın təşviqi və əlaqələrin dərinləşdirilməsi mexanizmlərini müzakirə ediblər.

Sahibkarlar və investorlar arasında birbaşa əlaqələri təşviq etmək üçün Azərbaycanda və Gürcüstanda biznes forumlar təşkil etməyə hazır olduqları bildirilib.

Bu tip görüşlər iqtisadi əlaqələri daha da gücləndirəcək və səmərəli əməkdaşlıq üçün yeni yollar açacaq”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın