24 
May
2023
21:36
256

Putin: "Qərb digər ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışırlar"

Qərb əleyhdarları inandırma, vədlər və şantaj yolu ilə digər ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışırlar. 

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Onun sözlərinə görə, Qərbdə bunun dövlətlərə hansı zərəri verəcəyi onları maraqlandırmır.

“Heç kimə sirr deyil ki, Qərb opponentlərimiz bir çox tərəfdaşlarımızı inandırma, müxtəlif vədlər və şantajla Rusiya ilə sərfəli əməkdaşlığı dayandırmağa məcbur etməyə çalışırlar, halbuki bunun müvafiq dövlətlərə vuracağı zərər onları heç maraqlandırmır”, - deyə Putin İkinci Avrasiya İqtisadi Forumunda plenar iclasda bildirib.

Bununla bağlı Rusiya prezidenti qeyd edib ki, “Rusiya bütün ölkələrlə münasibətlərə həmişə məsuliyyətlə və vicdanla yanaşır”.

“Vurğulamaq istəyirəm ki, biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə olunmuş razılaşmaları tam və vaxtında yerinə yetiririk”, - Kreml rəhbəri qeyd edib.

Bizimlə əlaqə saxlayın