23 
May
2023
18:46
863

Prokurorluq Marneulidə baş verən cinayətlə bağlı təfərrüatları açıqladı

Gürcüstan Prokurorluğu Marneulidə taksi sürücüsünü qəsdən öldürməkdə təqsirli bilinən üç nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Prokurorluğunun məlumatına görə, üç müttəhim taksi sürücüsünün baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib. Onu “tros” iplə boğub, izini itirmək üçün isə cəsədi basdırıblar.

“Gürcüstan Prokurorluğu Marneuli bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə ilə bağlı üç nəfərə qarşı ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, mayın 20-də Tetricğaro bələdiyyəsinin Marabda kəndində biri azyaşlı olmaqla 3 şəxs taksi sürücüsünün başına çoxsaylı bədən xəsarətləri yetirib, “tros” iplə boğublar daha sonra isə təqsirləndirilən şəxslər iz itirmək üçün meyiti avtomobilin yük yerində yerləşdirərək yaxınlıqdakı çuxurda basdırıblar, bundan sonra mərhumun avtomobilini ələ keçirərək hissələrə ayırmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 22-də biri azyaşlı olmaqla iki nəfəri yaxalayıb və üçüncü şəxs barəsində qiyabi ittiham üzrə qərar çıxarılıb. Hər üç şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i”, “m” və “n” bəndləri ilə (qrup halında, xüsusi amansızlıqla və ağırlaşdırma ilə qəsdən adam öldürmə) ittiham irəli sürülüb. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın