23 
May
2023
09:49
210

Dövlət Departamenti Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahat olduğunu bildirdi

“Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu, Gürcüstan hava limanı şirkətlərinin sanksiya riski altında ola biləcəyi anlamına gələ bilər".

InterPress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, indi Rusiya ilə münasibətləri artırmaq vaxtı deyil.

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu o demək ola bilər ki, Gürcüstan hava limanı şirkətləri sanksiyalarla üzləşə bilər. Biz, bütün Qərb cəmiyyəti özümüzü bu rejimdən uzaqlaşdırmışıq və indi Rusiya ilə münasibətləri artırmaq vaxtı deyil”, - Dövlət Departamentinin sözçüsü bildirib.

Bizimlə əlaqə saxlayın