22 
May
2023
09:56
257

Bayden: “ABŞ Ukraynaya döyüş sursatı, artilleriya qurğuları, zirehli maşınlar verəcək”

ABŞ Ukraynanın döyüş qabiliyyətini gücləndirmək üçün bu ölkəyə daha çox döyüş sursatı, artilleriya qurğuları və zirehli maşınlar verəcək.

InterPress.ge xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tviter hesabında yazıb.

“Cənab Prezident (Ukrayna Prezidenti Volodimir Zelenski-red), Ukrayna xalqının nəyi müdafiə etdiyi və sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyanın müşahidə edəcəyi məsələdir.

İndiyə qədər etdiklərinizdən heyran olduğumuzu deyəndə Amerika adından danışıram”.

“Bütün G7 ilə birlikdə Ukraynanı dəstəkləyirik. Prezident Zelenskiyə söz verdiyim kimi, biz heç yerə getməyəcəyik”, - Bayden qeyd edib.

“Bu gün mən ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının növbəti tranşını elan etdim - Ukraynanın döyüş qabiliyyətini gücləndirmək üçün daha çox döyüş sursatı, artilleriya qurğuları və zirehli maşınlar paketi.

Amerika Ukraynaya dəstək verir. ABŞ və dünya Ukraynanın yanındadır”, - Cozef Bayden əlavə edib.

Bizimlə əlaqə saxlayın