21 
May
2023
20:38
217

Dünən saxlanılan aksiya iştirakçıları azadlığa buraxılıblar

“Ğvareli gölü"mehmanxanasının ərazisində həbs olunan 17 nəfər azadlığa buraxılıb.

InterPress.ge xəbər verir ki, Qurcaani Rayon Məhkəməsi mitinqin iki iştirakçısına şifahi xəbərdarlıq edib. Qalan 14 nəfərin məhkəməsi müdafiə tərəfinin xahişi ilə təxirə salınıb.

Vəkillərin açıqlamasına görə, iş materialları və sübutlarla vaxtında tanış ola bilməyiblər.

İyunun 19-da saat 13:00-da Qurcaani məhkəməsi “Kvareli gölü”ndə həbs edilən 14 nəfərin işinə baxacaq.

Məlumat üçün bildirək ki, “Ğvarelı gölü” otelində aksiya dünən səhər saatlarından davam edir. Mitinq iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ailə üzvlərinin oteldə olmasına etiraz ediblər.

Aksiya zamanı polislə aksiya iştirakçıları arasında bir neçə dəfə vəziyyət gərginləşib, 17 nəfər saxlanılmışdı.

Gürcüstan prezidenti Salome Zurabişvili cari hadisələrlə bağlı brifinq keçirib. Prezidentin sözlərinə görə, o, Gürcüstanın daxili işlər nazirindən vəd alıb ki, “ailə, toyun ikinci yarısı olmayacaq."

Daha sonra “Milli Hərəkat”ın üzvləri və tərəfdarları Saqareco polis binası yaxınlığında növbəti aksiya keçirərək, “Ğvareli gölü” otelinin yaxınlığında keçirilən etiraz aksiyasında saxlanılanların azadlığa buraxılmasını tələb ediblər. Burada da aksiya iştirakçıları ilə polis arasında vəziyyət gərginləşib. Vahid Milli Hərəkat Partiyasının siyasi şurasının üzvləri Laşa Parulava və Giorgi Lomidze saxlanılıb. Sığnaği rayon məhkəməsi onların işinə baxılmasını mayın 28-dək təxirə salıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər