20 
May
2023
12:21
417

Rusiya XİN rəhbərinin oğlunun Gürcüstanda olduğu iddi edilir və qaldığı otelin qarşısına çoxlu sayda polis cəlb olunub

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ğvareli gölü” otelinin yaxınlığında səfərbər olunub.

InterPress.ge xəbər verir ki, xüsusi tapşırıqlar şöbəsinin əməkdaşları da hadisə yerindədir.

“Milli Hərəkat”ın keçmiş sədri Nika Melia tərəfdarları ilə otelin yaxınlığındadır. Digər müxalifət siyasətçiləri də ərazidə gözləyirlər.

Məlumat üçün bildirək ki, yayılan məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun oğlu Gürcüstandadır və o, “Ğvareli gölü”  otelində qalır.

Əldə olan məlumata görə, Rusiya xarici işlər nazirinin ailəsi Kaxetidə möhtəşəm toya hazırlaşır. Lavrovun kürəkəni, Aleksandr Vinokurovun qardaşının toyu olacaq.

“Ğvareli gölü” otelinin administrasiyasından verilən məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun oğlunun “Ğvareli gölü”nə səfəri həqiqətə uyğun deyil.

Onların yaydıqları bəyanatda qeyd olunduğuna görə, oteldə Lavrovun soyadını daşıyan qonaq yoxdur, indiyə qədər də olmayıb.

Bizimlə əlaqə saxlayın