19 
May
2023
14:57
372

Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqələri bərpa oluna bilərmi? - Nazirdən açıqlama

“Ölkəmiz bir olsa, ondan sonra çox şeyi müzakirə edə bilərik”.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Rusiya-Gürcüstan dəmir yolunun bərpası ilə bağlı sualı belə cavablandırıb.

Onun jurnalistlərə dediyinə görə, dəmir yolunun bərpası istiqamətində heç nə baş vermir və jurnalistlər yalan yayırlar.

“Yalan yaymayın, heç nə baş vermir və sakit olun! Əgər ölkəmiz vahid olsa və bu, mütləq baş verəcək, bundan sonra təbii ki, çox şeyi müzakirə edə bilərik”, – Ğaribaşvili bildirib.

Rusiya ilə birbaşa uçuşların bərpası və Qərb tərəfdaşlarının bu qərarın düzgün olmadığı barədə fikrinə gəlincə, İrakli Ğaribaşvilinin fikrincə, hökumət ölkəni xilas etməyə və milli maraqları qorumağa çalışır.

Onun sözlərinə görə, Gürcüstanda yoxsulluq tarixi minimum həddədir və hökumət buna düzgün siyasətlə nail olub.

“Biz ölkəni xilas etməyə və ölkənin milli maraqlarını qorumağa çalışırıq. Bu gün ölkə zənginləşir. Son iki ildə ölkə iqtisadiyyatı 10 milyard dollara yaxın artıb. Bu gün işsizlik və yoxsulluq tarixi minimum həddədir. Ölkənin 5 milyard dollardan çox ehtiyatı var. Bunu haradan əldə etmişik? Bütün bunlar bizim düzgün siyasətimizin nəticəsidir. Bütün bunlar getdikcə ölkəmizin əhalisinə də təsir edir”, - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər