19 
May
2023
14:38
233

Səfir: "ABŞ vizası bütün lazımi addımları keçən və tələblərə cavab verən hər kəsə verilir"

“ABŞ vizası almaq üçün əvvəlcə müraciət etməlisiniz. Bütün lazımi addımlar saytımızda aydın şəkildə yazılıb və bu mərhələlərdən keçən minlərlə gürcü viza alır”.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Martve” ansamblının niyə ABŞ vizası ala bilmədiyi sualına cavab verib.

“Bu, çətin proses deyil. Bu, vaxt apara bilər və əvvəlcədən planlaşdırma tələb edə bilər, çünki ABŞ-a səyahət etmək istəyən çoxlu insan var və biz görüşlər planlaşdırmalıyıq. Biz hər il minlərlə gürcü qəbul edirik. Gələn həftə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edəcək rəqqas və müğənnilərdən ibarət qruplar ABŞ-da olacaq. İl boyu mədəni və digər mübadilə proqramları çərçivəsində insanları, tələbələri, qonaqları, iş adamlarını qəbul edirik. İnsanlar bütün mərhələlərdən keçsələr və tələblərə cavab versələr, viza alacaqlar, amma ilk növbədə siz müraciət etməli və tələblərə cavab verməlisiniz”, - səfir bildirib.

Onun sözlərinə görə, konkret hallardan danışa bilməz, çünki orada şəxsi məlumatlar var və şəxsi məlumatlarla ehtiyatlı olmaq lazımdır.

Bizimlə əlaqə saxlayın