İrakli Ğaribaşvili: Sanksiyaya məruz qalan heç bir aviaşirkət, heç bir təyyarə Gürcüstana uçmayacaq
“Siz Gürcüstan vətəndaşısınız, bir qayda olaraq, hər bir vətəndaş ölkəmizin maraqlarının qorunmasının qayğısına qalmalıdır. Əgər siz obyektiv jurnalist olsaydınız, o sualı Xoştariyaya və Saakaşvilinin partiyasının üzvlərinə verərdiniz. Onda sualınız daha inandırıcı olardı. Mən sizə bir sual vermək istəyirəm, siz “Milli Hərəkat” televiziyasını təmsil edirsiniz, sizə sual verirəm. Niyə 10 il əvvəl uçuşlar yaxşıdır, vizasız rejim yaxşıdır, ticarət yaxşıdır deyən Xoştariyaya sual vermirsiniz? Mənə belə sualla gəlməyin”.
InterPress.ge xəbər verir ki, Baş nazir jurnalistin bütün Avropa uçuşları dayandırdığı halda, Gürcüstanın niyə indi uçuşlara başlaması ilə bağlı sualını belə cavablandırıb.
Hökumət başçısı qeyd edib ki, hakimiyyətin məqsədi əhalinin mənafeyini qorumaqdır və ölkədə yoxsulluğun, işsizliyin aradan qaldırılmasını istəməyən ölkənin düşmənidir.
“İndiyə kimi, bilirsiniz ki, təfərrüatı ilə izah etmişik ki, Gürcüstana heç bir sanksiyaya məruz qalan aviaşirkət, heç bir sanksiyaya məruz qalan təyyarə uçmayacaq. Bu, hər şeyi deyir. Mən şəxsən İslandiyada avropalı dostlarımız, liderlərlə görüşlər keçirdim və onlara izah etdim ki, bu, bizim milli maraqlarımıza uyğundur. Burada yeni heç nə yoxdur, burada yad heç nə yoxdur. İzah etdim ki, bu, iqtisadi-ticarət münasibətlərinin tərkib hissəsidir. Əsas olan nəticədir, nəticəni düşünməliyik, işi düşünməliyik. Məsələ ondadır ki, sadaladığım bütün bunlar ölkəmizin mənafeyinin qorunmasına xidmət edir. Bu, vətəndaşlarımızın hərəkətini asanlaşdıracaq, ticarəti daha da inkişaf etdirəcək və buna görə də hər şey bizim milli siyasətimizə, həmçinin beynəlxalq sanksiyalara uyğundur, ona görə də burada heç bir sual yoxdur”, - deyə İrakli Ğaribaşvili bildirib.