Baş nazir: “Son 10 ildə kimsə nəsə edibsə, bunu “Gürcü Arzusu” edib"
“Son 10 ildə kimsə nəsə edibsə, bunu “Gürcü Arzusu” edib. Assosiyasiya sazişi, azad ticarət, vizasız rejim, sizin partiyanın heç bir təmsilçisinin xəyal edə bilmədiyi Avropa perspektivi”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili müxalifət telekanalının jurnalistinə bildirib.
Hökumət başçısının sözlərinə görə, hakimiyyət bütün addımları düzgün atır.
“Düşünürəm ki, siz hətta ticarətin aktivləşdirilməsi, gediş-gəliş və s. ilə bağlı olan bu qərarları ölkəmizin Avropa gələcəyi ilə səhv əlaqələndirirsiniz. Bu səhv şərh və yanlış əlaqələndirmədir. Niyə? İzah edəcəyəm. Sizə deyim ki, biz hər şeyi düzgün edirik, hər addımı düzgün atırıq, avropalı dostlarımıza başa salırıq. Mən şəxsən söhbət etdim və əsaslandırmamızı və motivasiyamızı izah etdim.
Biz Avropa Birliyinə üzv ölkə deyilik, dostlar, Avropa Birliyinə üzv olan ölkələrə və onların siyasətlərinə tabe olmaq üçün Avropa Birliyinin üzvü olmalıyıq. Bu gün biz Avropa İttifaqının üzvü deyilik. Bunun üçün illər lazımdır. Avropa perspektivi ilə bizim avropalı tərəfdaşımız dərk etdi ki, ölkəmizin gələcəyi Avropadadır. Siz diqqətinizi buna yönəltməlisiniz”, - deyə baş nazir bildirib.