ABŞ səfiri: "Biz hər il minlərlə gürcünü ABŞ-a qəbul edirik - insanlar qaydalara əməl etsələr, viza alacaqlar"
“Təəssüf ki, “İmedi” yenidən qeyri-dəqiq məlumat yaymağa üstünlük verib. Hər il minlərlə gürcünü ABŞ-da, o cümlədən Gürcüstan-ABŞ tərəfdaşlığının mühüm hissəsi olan mədəni və digər mübadilə proqramları çərçivəsində qəbul edirik”.
InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan İrakli Kobaxidzenin “ABŞ-ın sərt viza siyasətinin olduğunu” bildirdiyi şərhi ilə bağlı sualı cavablandırarkən deyib.
“Keçən ay 30 balet rəqqasəsinə ABŞ-a getmək üçün viza verilib. Həmçinin, Konqres Kitabxanasında Gürcüstanın Müstəqillik Günü tədbirində iştirak etmək üçün ABŞ-a səfər edən gürcü müğənni və rəqqasələr keçən həftə viza alıblar. Vizanın verilməsi ilə bağlı məlumat onlayn mövcuddur və biz həmçinin vizaların necə əldə olunacağına dair tövsiyələr veririk. İnsanlar bu qaydalara əməl etsələr, viza alacaqlar, bu, sadə həqiqətdir, bu, faktdır”, - səfir qeyd edib.