"Gürcüstan hakimiyyəti ikili oyun oynayır" - Arestoviç
Ukrayna prezident aparatının rəhbərinin keçmiş müşaviri Oleksey Arestoviçin sözlərinə görə, Gürcüstan hakimiyyəti ikili oyun oynayır.
InterPress.ge xəbər verir ki, Ukrayna prezidentinin keçmiş müşaviri Oleksey Arestoviç Rusiya ilə uçuşları bərpa etdikdən sonra Gürcüstanın Qərbin sanksiyalarına namizəd olduğunu düşünür.
“Gürcüstan sanksiyalara ilk namizəddir. Baş nazir və prezidentin rolları bölünüb. Onlar pis və yaxşı oynayırlar. Mənim mövqeyim kifayət qədər sərtdir, istərdim ki, sanksiyaya getinlər və bir az düşünməyə başlasınlar. Evdə olmaq istəyirsən, ancaq sahiblərini dinləmək istəmirsən, qəribə hekayədir. Ünsiyyət qurduğum gürcülər deyirlər ki, təəccüblü heç nə yoxdur, ölkədə illərdir Rusiya təbliğatı gedir”, - Oleksey Arestoviç bildirib.


