15 
May
2023
17:01
286

Marneulidə “Heydər Əliyev - Gürcüstan azərbaycanlıları” adlı konfrans keçirilib - VİDEO

Marneulidə "Azərbaycan Evin"də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - Gürcüstan azərbaycanlıları” adlı konfrans keçirilib.

InterPress.ge xəbər verir ki, “Azərbaycan Evi”nin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə reallaşan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Diaspor Komitəsinin və ADDF-nin nümayəndələri, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Daha sonra konfransa qatılan şəxslər çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan və Gürcüstan dövlətləri qarşısındakı xidmətlərindən və hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərməsindən danışıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər