15 
May
2023
14:12
348

ABŞ səfiri: "Bilmirəm niyə kimsə qəddar işğalçı olan bir ölkənin jestini, hədiyyəsini alqışlamalıdır"

"Bilmirəm niyə kimsə qəddar işğalçı olan bir ölkənin jestini, hədiyyəsini alqışlamalıdır. Hesab edirəm ki, bu çox vacib sualdır".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

“Mövcud vəziyyətlə 2019-cu il arasındakı fərq ondan ibarətdir ki, Rusiya yenidən Ukraynanı işğal edib və Ukrayna vətəndaşlarına, uşaqlara, məktəblərə, xəstəxanalara, binalara qarşı amansız, qanlı müharibəyə başlayıb. Bu, Rusiyanın Ukraynanın kimliyini və suverenliyini aradan qaldırmaq üçün qonşu ölkənin ərazisinə misli görünməmiş işğalıdır. Bu, 2019-cu ildən sonra baş verən əsas hadisədir. Bilmirəm niyə kimsə qəddar işğalçı olan bir ölkənin jestini, hədiyyəsini alqışlamalıdır. Hesab edirəm ki, bu, verilməli olan çox vacib sualdır.

Hansı aviaşirkətlərə girişə icazə verildiyi barədə məlumat görməmişəm. Bu, onların sanksiyaya məruz qalıb-qalmamasını müəyyən etmək üçün vacibdir. Təhlükəsizliyə dair məsələlər var. Bu, nəzərə alınmalı olan qanuni təhlükəsizlik narahatlığıdır”, - səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər