15 
May
2023
13:32
326

Səfir: "Putin Rusiya qoşunlarını Abxaziya və Sxinvali bölgəsindən çıxarsa, məncə, gürcülərin əksəriyyəti daha xoşbəxt olardı"

"Düşünürəm ki, sual Putinin niyə bu hədiyyəni Gürcüstana indi verməsindədir.  Putin Rusiya qoşunlarını Abxaziya və Sxinvali bölgəsindən çıxarsa, məncə, gürcülərin əksəriyyəti daha xoşbəxt olardı".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı bildirib.

“Mən başa düşürəm ki, gürcülərdə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası ilə bağlı sual işarələri var. Düşünürəm ki, burada sual Putinin niyə Gürcüstana bu hədiyyəni indi verməsidir. Düşünürəm ki, Putin rus qoşunlarını Abxaziyadan və Sxinvali bölgəsindən çıxarsa, atəşkəs razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirsə, Abxaziya və Sxinvalinin tanınmasını geri götürsə, gürcülərin əksəriyyəti daha xoşbəxt olardı. Bu, Gürcüstan üçün həqiqətən mənalı bir jest olardı", - deyə o söyləyib.

ABŞ-ın öz növbəsində Gürcüstanla birbaşa uçuşlar və viza rejimini ləğv etməyi nəzərdən keçirirmi sualına cavabında səfir qeyd edib ki, birbaşa uçuşlar kommersiya məsələsidir.

 “Biz bir neçə ildir ki, Gürcüstanla birbaşa uçuşlar üzərində işləyirik. Bu, aviaşirkətin razılaşmalı olduğu kommersiya qərarıdır və təbii ki, biz bunu dəstəkləyəcəyik və məncə, Gürcüstan da dəstəkləyəcək”, - səfir Deqnan bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər