Marneuli bələdiyyəsi nümayəndəliyi Slovakiyada rəsmi səfərdə olublar
Marneuli bələdiyyəsinin nümayəndəliyi əlillərin məşğulluğunun təşviqi təcrübəsini bölüşmək məqsədilə Slovakiyada rəsmi səfərdə olub.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iştirakçılar əlillərin məşğulluğunun müxtəlif üsulları və bu istiqamətdə Slovakiya qanunvericiliyi ilə tanış olub, “Rodniçka” sosial müəssisəsində, reabilitasiya mərkəzində və “McDonalds”ın filiallarından birinə baş çəkiblər.
“Həmçinin Banska Bystrica vilayətinin özünüidarəsinin, Slovakiya Respublikasının Əmək, Sosial Müdafiə və Ailə Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilib, Slovakiyanın ekoloji sistemi haqqında təqdimatlar təşkil olunub.
Səfər çərçivəsində yerli özünüidarəetmə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin tərəfdaş qeyri-hökumət təşkilatı TENENET-ə səfəri, onlar TENENET-in yaranma tarixi və fəaliyyəti ilə tanış olublar. İclasa adıçəkilən qurumun təcrübəli eksperti Viera Zahortsova sədrlik edib.
Tədqiqat səfəri “Gürcüstanda əlilliyi olan şəxslərin məşğulluğunun təşviqi və əmək siyasətinin optimallaşdırılması – 2” layihəsi çərçivəsində Slovak Aid təşkilatının dəstəyi ilə həyata keçirilib.
Marneuli bələdiyyəsinin meriyasının inzibati xidmətinin rəhbəri Mamuka Şubitidze, meriyanın infrastruktur tikintisi və inkişafı prosesinin planlaşdırılması şöbəsinin müdiri Karlo Asanidze, icma, media, qeyri-hökumət sektorunun rəhbəri İa Esebua və şəhər şurası aparatının gender məsələləri şöbəsi və həmin idarənin mütəxəssisi Tatia Çaçanidze Slovakiyaya rəsmi səfərə göndəriliblər.


