Baş nazir Macarıstanlı həmkarı ilə görüşdü
Baş nazir İrakli Qaribaşvili Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.
InterPress.ge xəbər verir ki, Hökumət administrasiyasının yaydığı məlumata görə, sözügedən görüşdə iki ölkə arasında mövcud əlaqələrə, həm ikitərəfli, həm də çoxtərəfli formatda gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.
Görüşdə söhbətdə Mühafizəkar Siyasi Fəaliyyətin İllik Konfransının (CPAC) keçirilməsinin vacibliyinə toxunulub.Konfransda səslənən mesajların əksəriyyətinin bir çox ölkələr üçün ortaq dəyərləri təmsil etdiyi vurğulanıb.
"Gürcüstan və Macarıstan arasında ticarət, investisiyalar, turizm, kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Gürcüstanın baş nazirinin sözlərinə görə, Gürcüstan iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün mövcud potensialın tam şəkildə reallaşdırılması məqsədinə sadiqdir.
Görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivi müzakirə olunub. Macarıstanın Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı dəstəkləyici bəyanatlarının əhəmiyyəti qeyd edilib. İrakli Qaribaşvilinin sözlərinə görə, tövsiyələrin əksəriyyəti yerinə yetirilib və əldə olunan irəliləyişləri nəzərə alsaq, Gürcüstan ilin sonuna kimi ölkənin gözlədiyi namizəd statusuna layiqdir”, - məlumatda qeyd olunur.
Görüşdən sonra Macarıstanın Baş naziri Viktor Orbanın adından Baş nazir İrakli Qaribaşvilinin və Gürcüstan nümayəndə heyətinin şərəfinə nahar verilib.


