Bu gün, aprelin 29-da Gürcüstan parlamentinin və bələdiyyə şuralarının aralıq seçkiləri, habelə merlərin növbədənkənar seçkiləri keçirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK-nın mətbuat katibi Natia İoselianinin sözlərinə görə, bu, seçki administrasiyasının elektron texnologiyalardan geniş miqyasda istifadə edəcəyi ilk seçkidir və buna görə də demək olar ki, bu, Gürcüstanda seçkilər tarixində ən mühüm mərhələdir.
